Azərbaycanın əməkdar artisti Elza Seyidcahan onu zövqsüzlükdə günahlandıran stilist Samir Əliyevə sərt cavab verib.
İfaçı deyib: "O, hansı işinə görə stilist adlanır? Mən hələ onun bir işini görməmişəm. Mən də onun geyimini bəyənmirəm. Onun geydiklərinin kişi, yoxsa qadın paltarı olduğu bilinmir. Stilist olmaq anormal geyimlər geymək demək deyil".
E.Seyidcahan son zamanlar artıq çəki ilə əlaqədar olaraq, bəyəndiyi geyimləri geyə bilmədiyini də etiraf edib: "Çəkimlə bağlı heç bir kompleksim yoxdur. Bilirəm ki, belə görünmək mənə yaraşır. İstəsəm, 1 həftə ərzində arıqlaya bilərəm".