Stokholmda “Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” adlı videoçarxın təqdimatı keçirilib -FOTOLAR

Stokholmda “Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” adlı videoçarxın təqdimatı keçirilib  -FOTOLAR
SOSİAL
14:47 26.10.2025
324
Bu gün İsveçin paytaxtı Stokholm şəhərində "Arena Satelliten” Mədəniyyət və İdman Mərkəzinin zalında "Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” adlı videoçarxın təqdimatı keçirilib.

Videoçarx Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin təşəbbüsü ilə hazırlanıb.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Media Qrupu (International Media Group) və Norveçdə fəaliyyət göstərən "Azərbaycan Evi”nin təşkilati dəstəyi ilə keçirilən tədbir Azərbaycan və İsveç dövlət himnlərinin səslənməsi ilə başlayıb.

İsveçdə akkreditə olunmuş diplomatik korpusun üzvləri, İsveç, Çin, Özbəkistan, Türkiyə və Azərbaycan icmalarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbir şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.

Açılış nitqi ilə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin Koordinasiya Şurasının İsveç üzrə nümayəndəsi Ayda Əmir Haşimi qeyd edib ki, bu tədbir doğma torpaqlarından didərgin düşmüş insanların taleyinə, qayıdış arzusuna və milli yaddaşına hörmətin təcəssümüdür.

"Qərbi Azərbaycana qayıdış” tarixi ədalətin bərpası və azərbaycanlıların öz ata-baba torpaqlarına sülh yolu ilə dönməsi ideyasıdır. Biz Vətənimizin bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik, qazilərimizə şəfa diləyirik. Azərbaycanımızın bütövlüyünü, güclənməsini və çiçəklənməsini təmin edən Prezident İlham Əliyevə böyük sevgimizi dilə gətiririk”, – deyə A.Ə. Haşimi vurğulayıb.

Ardınca söz "Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimovaya verilib. O qeyd edib ki, cəmiyyət olaraq dünyanın bir çox konfranslarında fəal şəkildə iştirak edirlər.

"Məqsədimiz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır. Prezident İlham Əliyevin sülh siyasəti nəticəsində biz öz Vətənimizə qayıdacağıq, buna ürəkdən inanırıq. Hamımız öz sahəmizdə çalışaraq müharibəsiz bir dünya qurmağa töhfə verməliyik”, – deyə Məhluqə Rəhimova vurğulayıb.

Səfirliyin birinci katibi Əsgər Nağıyev bildirib ki, təqdim olunan videoçarx təkcə fərdi taleləri deyil, həm də cəmiyyətimizin humanist dəyərlərini, həmrəylik ruhunu və sosial ədalətə bağlılığını əks etdirir.

Tədbir Beynəlxalq Media Qrupunun sədri, videoçarxın prodüseri və rejissoru Rəhim Sadıqbəylinin çıxışı ilə davam edib.

"Bu gün burada beynəlxalq auditoriyaya bu cür mühüm bir videoçarxı təqdim etmək qürurvericidir”, – deyə o bildirib.

Çıxışlardan sonra "Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” adlı videoçarx ingilis və Azərbaycan dillərində tamaşaçılara təqdim olunub.

Videoçarxın layihə rəhbəri Məhluqə Rəhimova, layihə rəhbərinin köməkçisi Firuzə Babayeva, ssenari müəllifi Tarix üzrə Fəlsəfə doktoru, Azərbaycan Televiziyası və Radio Verlişləri QSC-nin İctimai-siyasi proqramlar studiyasının Tarix şöbəsinin müdiri Mahir Qəribov, layihə üzrə ekspert isə Səidə Qurbanovadır.

Tədbirin sonunda "Əlil Qadınlar Cəmiyyəti”nin Bəyanatı səsləndirilib.

"Biz, Azərbaycan "Əlil Qadınlar Cəmiyyəti’ olaraq, əlilliyi olan qadınların və uşaqların çoxqat həssaslığını önə çəkir və heç kimin unudulmaması ideyasını müdafiə edirik. Biz nifrət deyil – ümid, qisas deyil – anlayış, unudulmaq deyil – xatırlanmaq istəyirik.

Bizim bəyanatımız yalvarış deyil, bu, insan ləyaqətini qorumaq, regionda və dünyada sülhü bərqərar etmək, həmçinin qaçqınlarımızın evlərinə təhlükəsiz dönüş yolunu açmaq üçün birgə hərəkətə keçmək çağırışıdır”, – bəyanatda qeyd olunub.

Tədbirdə iştirakçılara Azərbaycan mədəniyyətinin kulinariya ənənələrini əks etdirən milli şirniyyatlar və isti içkilər təqdim olunub.

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
20:58 27.10.2026
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
20:53 27.10.2026
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
20:47 27.10.2026
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
20:39 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
20:34 27.10.2026
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
20:31 27.10.2026
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
20:29 27.10.2026
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
20:23 27.10.2026
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Avstriya, Türkiyə və Azərbaycan parlamentləri arasında əməkdaşlıq müzakirə edilib
20:17 27.10.2026
Avstriya, Türkiyə və Azərbaycan parlamentləri arasında əməkdaşlıq müzakirə edilib
Kamran Əliyev Qətərin İnzibati Nəzarət və Şəffaflıq Orqanının rəhbəri ilə görüşüb
20:15 27.10.2026
Kamran Əliyev Qətərin İnzibati Nəzarət və Şəffaflıq Orqanının rəhbəri ilə görüşüb
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
20:10 27.10.2026
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb
20:07 27.10.2026
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
20:02 27.10.2026
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb
19:59 27.10.2026
Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
19:56 27.10.2026
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq
19:53 27.10.2026
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq