Stoltenberq Ukrayna Baş nazirinin müavini ilə görüşəcək

Stoltenberq Ukrayna Baş nazirinin müavini ilə görüşəcək
SİYASƏT
19:20 13.09.2023
242
NATO Baş katibi Yens Stoltenberq Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantik məkana inteqrasiya üzrə müavini Olqa Stefanişinanı qəbul edəcək.

Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş Ukrayna Baş nazirinin müavinin Brüsselə səfəri çərçivəsində sentyabrın 14-də NATO-nun baş qərargahında baş tutacaq.
OXŞAR XƏBƏRLƏR