NATO Baş katibi Yens Stoltenberq Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantik məkana inteqrasiya üzrə müavini Olqa Stefanişinanı qəbul edəcək.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş Ukrayna Baş nazirinin müavinin Brüsselə səfəri çərçivəsində sentyabrın 14-də NATO-nun baş qərargahında baş tutacaq.