Stressdən qurtulmağın ən təsirli yolu tapıldı

Stressdən qurtulmağın ən təsirli yolu tapıldı
SAĞLAMLIQ
10:45 16.06.2026
241
Psixoloji araşdırmalar göstərir ki, təbiətdə mövcud olan bütün təbii mühitlər arasında suya yaxın olmaq stressin azalmasına ən güclü və ən sabit təsiri göstərir.Alimlərin fikrincə, bu təsir yalnız psixoloji deyil, həm də fiziolojidir. Su ilə təmas bir neçə dəqiqə ərzində beyində və orqanizmdə ölçülə bilən dəyişikliklər yaradır.

AZXEBER.COM xarici mətbuat aistinadən xəbər verir ki, tədqiqatlara əsasən, okean, çay, göl və hətta fəvvarə kənarında olmaq insan orqanizmində stress hormonu olan kortizolun səviyyəsini azaldır, ürək döyüntülərini yavaşladır və parasempatik sinir sistemini meşə və parklarla müqayisədə daha effektiv şəkildə aktivləşdirir.

Araşdırmalar göstərir ki, cəmi 20 dəqiqə su kənarında vaxt keçirmək insanların bildirdiyi stress səviyyəsini 40 faizə qədər azalda bilir. Əldə olunan müsbət təsir isə saatlarla davam edir və əhval-ruhiyyənin yaxşılaşmasına səbəb olur.

Mütəxəssislər bildirirlər ki, tarix boyu su insan üçün həyat, təhlükəsizlik və rahatlıq mənbəyi olub. Bu səbəbdən insan beyni hələ də suyun mövcudluğunu "hər şey qaydasındadır” siqnalı kimi qəbul edir. Xüsusilə axan suyun səsi stress reaksiyalarını demək olar ki, dərhal zəiflədə bilir.

Alimlərin qənaətinə görə, sinir sistemini ən sürətli və effektiv şəkildə rahatlaşdırmaq üçün ən yaxşı məkanlardan biri məhz su kənarlarıdır.
 
Aysel


OXŞAR XƏBƏRLƏR