"Ştutqart" mağazaları niyə iflas edir? - Deputatın başı dərddə

"Ştutqart" mağazaları niyə iflas edir? - Deputatın başı dərddə
SOSİAL
01:16 19.03.2016
5594
Məlum MTN olaylarından sonra hədəfə gələn deputat Nəriman Əliyev hazırda çox çətin günlərini yaşayır.
Deputata məxsus "Ştutqart" mağazalar şəbəkəsi iflas həddindədirlər.
Belə ki, son devalvasiyadan sonra Nəriman Əliyevin avtomobil hissələri satan mağazalarında alver kifayət qədər zəifləyib. Bu səbəbdən deputat şəhərdəki bir-neçə mağazanı bağlayıb. Yaxın günlərdə ümumiyyətlə mağazalarının hamısını bağlayacağı da bizə çatan məlumatlar sırasındadır. Məlumatlı mənbənin sözlərinə görə, "Ştutqart" mağazalarını deputatın yaxın qohumları işlədir. İndiyə qədər Almaniyadan Azərbaycana avtomobil hissələri gətirən bu mağazalar kifayət qədər gəliri olub. Belə ki, maşın hissələrini ölkəyə idxal edən zaman gömrük rəsmiləşdirmələrindən yayınan "Ştutqart" mağazalar şəbəkəsinin gəlirinin böyük hissəsi Nəriman Əliyevi himayəsinə götürən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova verilirmiş. Eldar Mahmudovdan sonra himayəçisini itirən Nəriman Əliyev hazırda gömrük rəsmiləşdirmələrindən yayına bilmədyi üçün böyük ziyana düşdüyü deyilir. Bir digər məlumatda isə "Ştutqart" mağazalar şəbəkəsində hələdə Eldar Mahmudovun payı olduğu da bildirilir.
Qeyd edək ki, "Ştutqart"dan başqa deputat İran məhsullarının Azərbaycanda satışını da həyata keçirir. Bu biznesə Nəriman Əliyevin qardaşı Azad Əliyev nəzarət edir. 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputat olan Nəriman Əliyevi hamı daha çox İranla yaxşı ticarət əlaqələri olan oliqarx kimi tanıyırlar. Masallı rayonunda "Könhə bazar” kimi tanınan bazarda da pay sahibi olan Nəriman Əliyevin deputatlığa açılan yolu da MTN-dən keçib. Eldar Mahmudovun rəhbəbərlik etdiyi bandanın hədəfinə düşən Nəriman Əliyev qısa müddətdə "verbovka" olunur və sabiq MTN şefi üçün işləməyə başlayır. Məlumatlı mənbənin sözlərinə inansaq deyə bilərik ki, Nəriman Əliyevin İran üzərindən ermənilərlə ticarət əlaqələrini öyrənən Eldar Mahmudov dərhal hərəkətə keçərək, "iş adamı"nı MTN-nin təcridxanasına gətizdirir. Bundan sonra MTN şefinin şərtlərini qəbul edən Nəriman Əliyev Mahmudovun sadiq adamına çevrilir. Və deputatlığa yolu açılır. Biznesmen deputat kimi tanınan Nəriman Əliyevlə bağlı araşdırmalarımız davam edir. (Azerinews.org)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'