Su-24-də vurulan rus pilotun cəsədi Türkiyəyə aparıldı - VİDEO

Su-24-də vurulan rus pilotun cəsədi Türkiyəyə aparıldı -  VİDEO
DÜNYA
18:00 29.11.2015
2158
Ötən həftə Türkiyənin F-16 qırıcısı tərəfindən vurulan Rusiyaya məxsus Su-24 təyyarəsinin pilotu Oleq Peşkovun cənazəsi Türkiyəyə gətirilib.
"Reuters"in verdiyi məlumatına görə, bu haqda Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib.
Rusiyanın Ankaradakı səfirliyinin press-atteşesi İqor Mityakov pilotun cənazəsinin noyabrın 29-da Rusiya tərəfinə veriləcəyini bildirib.
Podpolkovnik Peşkov katapulta etdikdən sonra suriyalı döyüşçülər tərəfindən öldürülüb. Sağ qalan Su-24-ün şturmanı Konstantin Muraxtin isə müxtəlif dərəcəli zədələrlə xəstəxanaya yerləşdirilib.
Bundan əlavə insident yerində axtarış-xilasetmə əməliyyatında iştirak edən Mi-8 hərbi helikopterinin vurulması nəticəsində matros Aleksandr Poziniç həlak olub.
Su-24-ün şturmanıKonstantin Muraxtin
Rusiya prezidenti Vladimir Putin O.Peşkovu ölümündən sonra Rusiya qəhrəmanı adı ilə təltif edib. Muraxtin və Poziniç isə “Cəsarət” ordeninə layiq görülüblər.
Noyabrın 24-də Türkiyə qırıcıları Suriya ilə sərhəddə Rusiyaya məxsus hərbi təyyarəni vurublar. Məlumata görə, Su-24 təyyarəsi Türkiyə ilə sərhədi pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir.
Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatlar səsləndiriblər. Rusiya lideri Vladimir Putin bunu Rusiyaya vurulan arxadan zərbə adlandırıb. Rusiya vətəndaşları bu ölkəyə səfər etməkdən çəkinməyə çağrılıb.
Suriya ilə sərhəddə vurulan rus təyyarəsindən sonra gərginləşən Rusiya-Türkiyə münasibətləri son günlər daha da gərginləşir. Ötən gün Rusiya Türkiyə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul edib.
Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılır: “Rusiya rəhbərliyi hazırda iki ölkə arasında qüvvədə olan vizasız rejimi dayandırmağa qərar verib”.
Ötən gün isə Vladimir Putin Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
23:08 23.05.2025
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
22:58 23.05.2025
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
22:45 23.05.2025
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
22:38 23.05.2025
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"-  Aygün Bəylərin bacısı
22:33 23.05.2025
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"- Aygün Bəylərin bacısı
Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar
22:31 23.05.2025
Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar
Millimiz dünya çempionatında ilk qələbəsini qazandı
22:26 23.05.2025
Millimiz dünya çempionatında ilk qələbəsini qazandı