Su içməyə getdilər, neft gəldi

MARAQLI
20:13 04.09.2011
1848
Gürcüstanın Batumi şəhərinin Bartsxana qəsəbəsində su əvəzinə krandan neft axır. Yerli TV-25 telekanalının yaydığı məlumata görə, bu, su təchizatı sisteminin çirklənməsinə gətirib çıxarıb. Yerli sakinlərin evində isə suqızdırıcı avadanlıqlar və paltaryuyan maşınlar sıradan çıxıb. İş ondadır ki, təmir-bərpa işləri ilə əlaqədar mütamadi olaraq içməli su verilməsi dayandırılır və borulara yaxınlıqdakı zədəli neft kəmərindən neft sızır.

OXŞAR XƏBƏRLƏR