Su qiymətinə dünyanı gəzən iki azərbaycanlı

Su qiymətinə dünyanı gəzən iki azərbaycanlı
Bütün Xəbərlər
03:25 16.07.2015
6552

Gənc ər-arvad Gülərlə Bəxtiyar elə təcrübəli səyyahdırlar ki, bu ilin martında Polşadan Norveçə təyyarə bileti üçün adama cəmi 7,5 manat ödəyiblər...

Hətta Bakı-Zaqatala avtobusu bundan 50 qəpik bahadır- 8 manatdır.

Gülər deyir ki, dünyanı gəzmək üçün milyonçu olmaq lazım deyil: “Səfəri əvvəlcədən yaxşı planlaşdırmaq kifayətdir. Bizim həmin bileti uçuşdan 10 ay əvvəl almışdıq. Uçuş günü həmin bilet 300 manat idi. Elə olur ki, bir il əvvəldən alırıq biletləri”.

27 yaşlı Gülərlə 32 yaşlı Bəxtiyar kiçik ailə büdcəsi ilə son dörd ildə azı 20 ölkədə səfərdə olublar.

Uçuş biletini bir il əvvəl aldılar

Onlar artıq gələn ilin mayı üçün uçuş biletlərini alıb saxlayıblar: “Bileti əvvəlcədən almaq qiymətdə böyük fərq edir”.

Xərclərə qənaət etmək üçün Gülərlə Bəxtiyar dünyaya qonşu Gürcüstandan çıxırlar. Əşyalarını toplayıb dəmiryolu ilə Tbilisi aeroportuna yollanırlar, ordan isə az xərcli (lou-cost) hava yollarının xidmətindən istifadə edirlər.

Gürcüstanın Kutaisi aeroportu başqa azərbaycanlı səyyahlar kimi bu cütlük üçün də sərfəli uçuş nöqtəsinə çevrilib. Burdan Avropaya uçan az xərcli şirkət -WizzAir Bakıya uçuşlarını dayandırıb.

Türkiyəyə gedən sürücülər onları Kutaisi aeroportunda düşürdü

Gənclər Tbilisidən Türkiyəyə gedən avtobuslarla Kutaisi aeroportuna yollanır: “Türkiyə avtobusları Kutaisi aeroportunun qarşısından keçir, adama beş manat ödəməklə bu aeroporta getmək mümkündür”.

Bakı və Kutaisidən uçuşların qiymətləri arasında azı səkkiz dəfə fərq var.

Ucuz şirkət tapıb, 8 dəfə qənaət etdilər

Gülər
Gülər və Bəxtiyar

Sentyabrın 16-23-ütarixlərində Budapeştə səfər etmək istəsən, qiymətlər aşağıdakı kimi olacaq:

Bakıdan AZAL-la 772 avro

Gürcüstanın Kutaisi şəhərindən WizzAir ilə 8.5 dəfə ucuz - 89 avro

Hərçənd, WizzAir və AZAL-ı müqayisə etmək o qədər də düz deyil. Bu iki şirkətin fərqi budur ki, birinci şirkət aşağı xərclidir - yemək, içki üçün ayrıca ödəniş etmək lazımdır.Baqaj imkanları azdır. Nisbətən az komfortludur. Azərbaycan hökuməti bu şirkəti ölkəyə buraxmadığına görətənqid olunur.

Gənc səyyahlar da aşağı xərcli şirkətə üstünlük verib, Kutaisiyə yol alırlar.

Gülər deyir ki, Avropaya 7-10 günlük səyahətə iki nəfərə maksimum 1000 manat xərcləyirlər.

Hosteldə qaldılar, qəsəbə kəşf etdilər

Gənclər oteldə, yox hostellərdə gecələməyə üstünlük verirlər. Gülər deyir ki, hostellər otellərdən daha az komfortlu olsa da (yataq otağı, hamam və mətbəx ümumi istifadə üçündür), hostellərdə yeni tanışlar qazanılır: “Biz Amsterdamın ətrafındakı gözəl qəsəbələr haqqında hosteldəki tanışlarımızdan öyrəndik. Həmin qəsəbələr çox xoşuma gəldi, ora yenidən qayıtmağı düşünürük. Hostellər yeni təcrübə, yeni dostlar qazanmaq baxımından faydalıdır”, deyə Gülər bildirir.

Dünyanın 200 min şəhərində pulsuz yaşa!

Gülər

2003-cü ildə dünya səyyahları üçün internetdə “Couchsurfing” (divan-divan, ev- ev gəzmək mənasına gəlir) adlanan icma yaradılıb - bir-birinin evində pulsuz qalırlar.

“Couchsurfing”in 10 milyon üzvü dünyanın 200 min şəhərində pulsuz qala bilərlər. Bununçün saytda profil yaratmaq, maraqlarına uyğun məntəqəni, ev sahibini seçmək lazımdır.

İctimai fəal Ruslan Əsəd azı 20 dəfə Couchsurfing-lə qonaq qalıb, bir neçə dəfə Bakıdakı evinə qonaq qəbul edib: “Mən nəinki bu şəhərlərdə pulsuz qala bilirəm, bumənimçün səfər etdiyim icmanı yaxından tanımaq, mədəniyyəti daha yaxşı öyrənmək baxımından dəyərlidir”.

Bəs tanımadığım adamın evində necə yaşayım?

Ruslan Əsəd deyir ki, icmanın üzvləri səfər bitəndən sonra təəssüratlarını saytda bölüşürlər. Həmin məlumatlar əsasında qonaq gedəcəyin evi daha tez seçmək olur. /// azadliq.org

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
13:35 12.07.2025
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
13:14 12.07.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
13:11 12.07.2025
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
12:57 12.07.2025
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
12:54 12.07.2025
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
İstirahət gününə olan hava proqnozu
12:33 12.07.2025
İstirahət gününə olan hava proqnozu
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
12:13 12.07.2025
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
11:52 12.07.2025
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
11:45 12.07.2025
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
11:36 12.07.2025
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib
11:31 12.07.2025
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib