Su üstündə dalaşan şəxslərdən biri xəstəxanalıq oldu

Su üstündə dalaşan şəxslərdən biri xəstəxanalıq oldu
Bütün Xəbərlər
18:04 27.08.2015
708
Daskəsən rayonundasu üstündə dava düşüb. Hadisə rayonun Muşavaq kəndində qeydə alınıb.Daşkəsən rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, kənd sakini 1988-ci il təvəllüdlü Əkbər Bayramovla həmkəndlisi Əmiraslan adlı şəxs arasında suyu öz əkin sahəsinə yönləndirmək üstündə mübahisə yaranıb. Hisslərini cilovlaya bilməyən Əmiraslan əlindəki bel ilə kəndlisi Əkbər Bayramovun başına zərbə endirib.Başından ağır zərbə alan yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xidmətinin Travmatologiya şöbəsinə yerləşdirilib.Xəstəxanadan verilən məlumata görə, hazırda yaralının vəziyyəti normaldır.Hadisəni törətməkdə şübhəli bilinən Əmiraslanın isə ilkin dindirilməsi aparılır
OXŞAR XƏBƏRLƏR