'Suçlu və oğru adamlar kimi hamıdan qaçıb gizləndilər' - BƏYANAT
Bütün Xəbərlər
11:30 07.03.2012
1039
Qarabağ Azadlıq Təşkilatı Minsk qrupu həmsədrlərinin Bakıya səfəri haqında bəyanat verib. AZXEBER.COM-un məlumatına görə, bəyanatda Minsk qrupunun fəaliyyəti tənqid olunub: “Azərbaycanın paytaxtına, demək olar ki, oğru kimi gəldilər, aeroporta gəlmələri ilə bağlı heç bir məlumat verilmədi, mətbuat nümayəndələrindən qaçdılar. Bizim bütün səylərimizə baxmayaraq onların hərəkət qrafiki, görüşləri ilə bağlı heç bir məlumat əldə edə bilmədik. Onların fəaliyyətinin, daha doğrusu, fəaliyyətsizliyinin 20 illiyi ilə bağlı üzbəüz münasibətimizi bildirmək istədik, suçlu və oğru adamlar kimi hamıdan qaçıb gizləndilər. Onlar bu hərəkətləri ilə Azərbaycan xalqı qarşısında suçlu, günahkar olduqlarını bir daha göstərdilər. Bu, bir daha sübut edir ki, həmsədrlərin Azərbaycan xalqına, mətbuatına deməyə sözləri yoxdur. Çünki 20 il ərzində Azərbaycan xalqının əleyhinə işləmiş, ermənilərin əsassız iddialarını yerinə yetirməklə məşğul olmuşlar.