Suda batan bu maşınları Bakıda kim satır? - VİDEO

Suda batan bu maşınları Bakıda kim satır? - VİDEO
MARAQLI
00:06 01.07.2014
4378

Təbii fəlakət baş verən ölkələrin arasında ilk yerləri Yaponiya tutur.

Bir neçə il öncə bu ölkədə baş vermiş sunami nəticəsində ciddi fəsadlar ortaya çıxdı. Həmçinin, avtomobillərə də ziyan dəydi. Bu videomateriala baxdıqda hər şey aydın olur. Bunu təqdim etməkdə məqsədimiz odur ki, Yaponiyadan işlənmiş maşın alanlar diqqətli olsunlar.

“Qafqazinfo”nun avtosfer.az-a istinadən verdiyi məlumata görə, bir neçə ildir Yaponiyadan ixrac olunan işlənmiş avtomobillərin əksəriyyəti məhz həmin sunamidə zərər çəkənlərdir. Həmin avtomobillərin ixrac olunduğu ölkələr arasında Azərbaycan da var. Müxtəlif kosmetik işlər nəticəsində xarici görünüşcə normal görünən bu avtomobillərdə əslində, böyük problemlər var. Məsələn, avtomobillin mühərrikinə su doldusa, gec-tez fəsad verəcək. Dəmir detallarda paslanma yaranacaq, çürümə əmələ gələcək. Ən böyük təhlükə isə avtomobilin elektrik sistemində olur. Son vaxtlar xarici maşınların heç nədən yanmasının səbəbləri araşdırılarkən bu məqamlara diqqət yetirilməlidir. Çünki sunami nəticəsində elektrik sisteminə, elektrik naqillərinə dolan su sonda ərp əmələ gətirir ki, bu da həmin detalların sıradan çıxmasına səbəb olur. Bu cür avtomobillərin yanmasının əsas səbəbi də məhz elektrik sistemi ilə bağlıdır. Odur ki, Yaponiya istehsalı olan, Yaponiyadan gətirilən işlənmiş maşın alarkən bu məqamlara diqqət etmək, servislərdə ciddi müayinə aparmaq lazımdır. Ona görə ki, Azərbaycanın maşın bazarında daşqın zamanı su altında qalan avtomobillərin sayı kifayət qədərdir. Avropadan gətirilən maşınların 40 faiz su altında qalmış avtomobillərdir. Son dövrdə Almaniyadan gətirilən avtomobilləri alan adamın istismara başladığı məqamdan 20 gün sonra qarşılaşdığı texniki problemlər, xüsusi ilə elektron-bort sistermində başverən problemlər həmin faktı bir daha təsdiqləyir. Çünki su altında qalmış avtomobillərdə ilk növbədə neqativ təsir elektrik avadanlıqlarında özünü göstərir. Elektrik avadnlıqların böyük bir hissəsi kompüter sistemi ilə qurulub. İndiki avtomobillərin bort sistemində kifayət qədər mürəkkəb bort kompüter sistemi qurulub. Həmin bort kompüter sistemi su altında qaldıqdan sonra izolasiya təbəqəsi ilə naqillərin arasında yığılıb qalmış maye, buxar öz mənfi təsirini göstərir. Mikroproseslərdə korroziya əlamətləri dərinləşir və həmin avadanlıqlarda iş prosesində imtina baş verir. Bu da aqreqatın sıradan çıxması ilə nəticələnir. Müasir avtomobillərdə az sayda element var ki, elektron prosessorlarla təchiz olunmayıb. Ona görə də avtomobil su altında qaldıqda birinci növbədə avtomat ötürmələr qutusu, mühərrikin özü, işıqlanma sistemində problemlər yaranır. Həmin problemlərin aradan qaldırılması isə böyük maliyyə vəsaiti tələb edir.

Çətin müdaxilə olunan yerlər, banın aşağı hissəsi, baqaj, mühərrik hissəsini təmizləmək çətin olur. Sonradan orada korroziya prosesi gedir. Alıcılar ilk növbədə maşını almamışdan əvvəl servis kitabçasını yoxlamalıdır. Servis kitabçasında qeydiyyatlar aparılmalıdır. Əgər qeydiyyat maşının öz firma servisində aparılırsa, yaxşıdır. Qeydiyyatda onun su altında qalmış avtomobil olub-olmaması da göstərilir. Amma bununla yanaşı, yaxşı olardı ki, alıcılar avtomobili aldıqdan sonra onu servis müəssisələrində kompüter diaqnostikasından keçirsinlər. Eyni zamanda kompüter servisində avtomobilin keçmiş tarixi barəsində ətraflı məlumat almaq olur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tovuzda dönərdən kütləvi zəhərlənmə olub
21:06 25.06.2025
Tovuzda dönərdən kütləvi zəhərlənmə olub
Asteroid Ayla toqquşacaq
20:53 25.06.2025
Asteroid Ayla toqquşacaq
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
20:33 25.06.2025
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
20:14 25.06.2025
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
19:54 25.06.2025
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
19:31 25.06.2025
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
19:12 25.06.2025
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!