Sudan referendumdan "quru" çıxdı

Bütün Xəbərlər
16:10 21.01.2011
1657

Cənubi Sudan Referendum Komissiyasının internet saytında açıqlanan ilk rəsmi, ancaq qəti olmayan nəticəyə görə, xalqın yüzdə 98,6 faizi şimaldan ayrılmağa "Hə" deyib. Səslərin bəzi yerlərdə 80 %-nin, bəzi bölgələrdə isə 100 %-nin sayıldığı bildirilir. Komissiyanın internet saytında nəticənin qəti olmadığı vurğulanıb. Son rəsmi nəticələrin fevralda açıqlanması gözlənilir.

Qeyd edək ki, referendum 9 yanvarda başlamış və bir həftə davam etmişdi.

OXŞAR XƏBƏRLƏR