Süheylə Cəfərova: “Uğur qazanmaq üçün heç nəyi və heç kimi qurban vermərəm” - VİDEOMÜSAHİBƏ

Süheylə Cəfərova: “Uğur qazanmaq üçün heç nəyi və heç kimi qurban vermərəm” - VİDEOMÜSAHİBƏ
MÜSAHİBƏ
15:22 11.02.2020
48789
 AZXEBER.COM-un "Uğurlu qadın" layihəsinin qonağı "Bakcell” şirkətinin PR və korporativ kommunikasiyalar üzrə direktoru Süheylə Cəfərovadır.


- Süheylə xanım, özünüz haqda oxucularımıza məlumat verin...

- 23 oktyabr 1982-ci il Tovuz rayonunda anadan olmuşam. Bakı Dövlət Universitetində Jurnalistka fakültəsində bakalavr təhsili almışam. Daha sonra distant təhsil proqramında "Marketing və pr” ixtisası üzrə magist təhsili almışam. Artıq 8 ildir Bakcell-də çalışıram. İlk dəfə baş mütəxəssis olaraq fəaliyyətimə başlamışam və 8 il ərzində karyeramda bir xeyli uğurlar əldə etmişəm. Hazırda "Bakcell” şirkətinin PR və koorporativ kommunikasiyalar üzrə direktoruyam. Bundan əvvəl bir sıra beynəlxalq təşkilatlarda çalışmışam. Ailəliyəm, iki qızım var.
 
- Layihəmiz "Uğurlu qadın” adlanır. Hansı uğurlarınızı nəzərə alıb sizi uğurlu qadın adlandıra bilərik?

- Mənə elə gəlir ki, bu bir az nisbi məsələdir. Bunu iş və təhsillə əlaqələndirməzdim. Bəlkə işləməyib, ancaq 2-3 ağıllı, təhsilli övlad böyütmüş qadınlar var. Mənim üçün uğur maksimum dərəcədə yaxşı valideyn olmağa çalışa-çalışa həm də uğurlu karyera qurmağı bacarmaqdır. Bütün bunları həmişə ən yaxşı səviyyədə etməyə çalışmışam və bu baxımdan özümü uğurlu qadın adlandırıla bilərəm.
 

 

- İxtisasca jurnalistsiniz, necə oldu PR sahəsinə gəldiniz?

- Düşünürdüm ki, jurnalistikadan heç vaxt getmərəm. Mənim ailəm ixtisas seçərkən jurnalistikanı seçməyimin əleyhinə idi. Bir neçə il jurnalistikada çalışmağıma baxmayaraq bu illər mənə çox şey öyrədib: dünyagörüşü, yaxşı dostlar, yaxşı münasibətlər qura bilmişəm və bu mənə sonrakı fəaliyyətimdə çox kömək edib. Ancaq onu da deyim ki, mən birbaşa PR sahəsinə gəlməmişəm, bir çox beynəlxalq təşkilatlarda çalışmışam. PR sahəsinə gəlməyim isə daha yaxşı bacardığım işin öhdəsindən gəlmək istəyimdən irəli gəlib. Yəni, xüsusi bir qərardan söhbət getmir. Sadəcə olaraq mərhələ-mərhələ, dövr və qismət elə gətirdi ki, mən bu sahəyə gələsi oldum. Hansı ki, müəyyən bir hissəsi jurnalistikaya yaxındır.

- Sizcə cəmiyyətdə qadının uğur qazana bilməməsinin səbəbi nədir?

- Baxır hansı cəmiyyətdən danışırq. Deyə bilərəm ki, dünya artıq qadın işləməlidir, qadına təhsil vacibdir, qadın uğur qazanmalıdır kimi mərhələləri arxada qoyub. Mən  özüm iki qız böyüdürəm və düşünmürəm ki, oğlan olsaydı başqa cür fikirləşərdim. Mən ona övlad, vətəndaş kimi baxıram. Biz insanlara oğlan və qız, qadın – kişi kimi baxmayıb fərd kimi baxsaq bu cür problemlərlə qarşılaşmayacağıq. Bəzən çata bilmədiyimiz, nail ola bilmədiyimiz şeylər üçün bəhanə axtarmağa çalışırıq ki, qadın olduğu üçün uğur əldə edə bilmədi.  Bir daha etiraf edirəm ki, hansı cəmiyyətdə yaşamağınızdan, əhatənizdə olan insanlardan çox şey asılıdır. Əgər valideynləriniz sizə təhsil verməyn tamamilə əleyhinədirsə, bu zaman təkcə qadın yox və hətta  kişi üçün uğur əldə etmək çətin olacaq. Uğur qazanmaq üçün imkan və şərait olmalıdır. Sizin qarşınıza seçimlər, qurban verməklər, dəstək olmamaq kimi hallar olsa təbii ki, bu uğur qazanmağınıza mane olacaq.
 

 

- Bəs siz bu günə qədər nəyisə qurban vermisiniz?

- Heç nəyi qurban verməmişəm və qurban vermək məcburiyyətində qalsam bəlkə də vermərəm. Hər zaman hər şeyi daha yaxşı etməyə çalışmışam, ancaq heç nəyi qurban verməmişəm. Təhsil almaqda, işləməkdə, karyera yüksəlişində heç kim mənə mane olmayıb.  Çünki qurban verməyin içində bəzi dəyərlər və prinsiplər var ki, onlardan da keçmək lazım olur. Daha böyük uğura gedən yolda mən nəyəsə məcbur olacamsa, mən bu yola seçmərəm. Qurban verməyi sevmirəm. (Gülür)

- Cəmiyyətdə qadına qarşı şiddətin səbəbi nədir?

- Mən uzun illər beynəlxalq təşkilatlarda çalışmışam və çalışdığım istiqamətdən biri qadın haqları, gender bərabərliyi, qadın hüquqları kimi sahələr olub.  Dünyada və Azərbaycanda aparılan araşdırma və rəy sorğularının nəticələrinə əsasən demək olar ki, qadına qarşı şiddətin bir yox, bir neçə səbəbi və formaları var. Və təəssüf ki, 21-ci əsrdə dünyanı narahat edən problemlərdən biri budur. Dünyanın nəhəng təşkilatları bunun üçün vəsaitlər ayırırlar ki, qadına qarşı şiddətə son qoyulsun. Ancaq təəssüf hissi ilə deyə bilərəm ki, bu hal hələ də var və qarşısı alınmır. 
 

 

- Yaxşı işçi, yaxşı ana və yaxşı həyat yoldaşı. Bu 3 məfhum arasında balansı qoruya bilirsiniz?

- Bayaq dediyim kimi bunların hamısını yaxşı etməyə çalışıram, ancaq əvvəl daha "perfectsionist” idim və hər şeyi mükəmməl etməyə çalışırdım. Ancaq indiki halda yavaş-yavaş mükəmməl olmaqdan uzaqlaşmağa çalışıram. Ancaq bəzən özümə təsəlli verirəm ki, insan hər şeyi mükəmməl edə bilməz.Əsas odur ki, etdiyin şeylər sənin ürəyincə olsun. 
 

 



- Həyatda ən böyük dəstəkçiniz kimdir?

- Mən deməzdim ən böyük dəstəkçim, çünki dəstəkçilərim var – həyat yoldaşım, övladlarım, valideynlərim hamısının özünə görə dəstəyi var. Evlilik mənim ən doğru qərarım idi. Niyəsini özüm də bilmirəm. Ancaq əsas odur ki, mən özümü rahat hiss edirəm və xoşbəxtəm. Adını dediyim insanlar hər biri mənim dəstəkçimdir. 

- Həyat yoldaşınız da bu sahəyə yaxın insandır. Mübahisələriniz olurmu?

- Onunla bir yerdə işləyəndə isə heç vaxt mübahisəmiz olmayıb. Təbii ki həyatdır, incikliklər də ola bilər. Ancaq bu ailə məişət zəminində olub. Çalışıram ki iş işdə qalsın.
 

 

- Övladlarınızın jurnalist olmasını istərdiniz?

- Bu haqda hələ düşünməmişəm, çünki hələ balacadırlar. Ancaq bu onların seçiminə bağlıdır.Təbii ki, mən onlara istiqamət verəcəm, ancaq bəlkə də istəməzdim. Ancaq seçimləri jurnalistika olsa mane olmaram. Seçim onlarındır. Mən düşünürəm ki, insan özünü hansı peşədə rahat hiss edirsə, onu da seçməlidir. 
 

 


 

 

- "Bakcelli”n həyatınızda rolu nədir?

- Kariyeramın yarıdan çoxunu "Bakcell”də keçirmişəm. Mənim üçün "Bakcell” dostlarım deməkdir. Hətta bura mənim ikinci evimdir deyərdim.  Bir gün ofisə gəlməyəndə darıxıram. Mən "Bakcell”ə ilk olaraq mütəxəssis olaraq gəlmişəm. Artıq 4-cü dəfə vəzifə yüksəlişi əldə etmişəm. Mənim üçün karyeramın ən çətin və şirin pillələrini keçdiyim yerdir.
 

 

- Son olaraq uğur qanamaq istəyən qadınlara nə deyırdiniz?

- Çox çalışsınlar. Uğur qazanmaq üçün ən əsas amil qarşına məqsəd qoymaqdır. Mənə elə gəlir ki, uğur üçün məqsəd vacib amildir. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyanın ABŞ-dəkı səfiri ölüb
21:35 11.11.2026
Rusiyanın ABŞ-dəkı səfiri ölüb
Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
21:24 11.11.2026
Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
Arif Mirzəyev vəfat etdi
21:15 11.11.2026
Arif Mirzəyev vəfat etdi
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:10 11.11.2026
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
Pakistanda polislərə hücum zamanı ən azı 12 nəfər xəsarət alıb
21:01 11.11.2026
Pakistanda polislərə hücum zamanı ən azı 12 nəfər xəsarət alıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
20:56 11.11.2026
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
20:49 11.11.2026
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Ərdoğan və Paşinyan iki ölkə arasında münasibətlərin nizamlanmasını irəlilətmək niyyətindədirlər
20:42 11.11.2026
Ərdoğan və Paşinyan iki ölkə arasında münasibətlərin nizamlanmasını irəlilətmək niyyətindədirlər
QMİ: İrəvandakı Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi təxribatdır
20:33 11.11.2026
QMİ: İrəvandakı Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi təxribatdır
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
20:26 11.11.2026
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
20:20 11.11.2026
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
Azərbaycan iqlim öhdəliklərini konkret fəaliyyətlərə çevirməkdə davam edir
20:11 11.11.2026
Azərbaycan iqlim öhdəliklərini konkret fəaliyyətlərə çevirməkdə davam edir
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
20:08 11.11.2026
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb
20:00 11.11.2026
Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb
Vuçiç: Serbiya 17 gün ərzində sabitliyini itirib
19:23 11.11.2026
Vuçiç: Serbiya 17 gün ərzində sabitliyini itirib
Moskvada KTMT Təhlükəsizlik Şurasının iclası başlayıb
19:10 11.11.2026
Moskvada KTMT Təhlükəsizlik Şurasının iclası başlayıb