Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin səhhətində ciddi problem yoxdur və o tezliklə evə buraxılacaq.AZXEBER.COM-un məlumatına görə, bu bəyanatı Ankaradakı “Güvən” xəstəxanasında S.Demirəlin şəxsi həkimi Aylin Cesur yayıb.Qeyd edək ki, S.Dəmirəl fevralın 14-də tənəffüs yollarında infeksiya diaqnozu ilə xəstəxanaya aparılıb, qısa müalicədən sonra səhhəti artıq yaxşılaşıb.Həkimin bildirdiyinə görə, onun səhhətində heç bir ciddi problem aşkar olunmayıb, narahatlıq üçün heç bir əsas yoxdur.