Süleyman Vəzirov küçəsinin bir hissəsi bağlanır

Süleyman Vəzirov küçəsinin bir hissəsi bağlanır
SOSİAL
16:05 19.04.2025
296
"Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Liseyinin qarşısından Babək prospektinə qədər) bu gecədən etibarən hərəkət məhdudlaşdırılacaq".

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.
OXŞAR XƏBƏRLƏR