"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı

"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
MAQAZİN
13:50 10.03.2026
234
"Süleymansız yaşamağımın nə mənası var? Artıq xəstələnməkdən də qorxmuram".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri şairə Cığatel İsaqızı deyib.
 
Avtoqəzada nəvəsini itirən şairə artıq ölümdən qorxmadığını deyib: 
 
"Mənim bu günə qədər ən böyük varlığım atam olub. Anam öldü, atam öldü, bacı-qardaşım öldü, onların da cavan balaları öldü, mən yenə də güc tapıb yaşaya bildim. Amma nəvəm Süleymanın ölümündən sonra mən sanki yaşamıram. Bir səbəb tapıb həyata tutunuram, yaşayıram, amma bu yaşamaq deyil. Artıq xəstələnəndə də deyirəm mənə görə narahat olub, qorxmayın. Süleymansız yaşamağımın nə mənası var?".
 
Aysel
OXŞAR XƏBƏRLƏR