Sülh danışıqlarında xalqların rifahı əsas məsələ olmalıdır - Papadan ÇAĞIRIŞ

Sülh danışıqlarında xalqların rifahı əsas məsələ olmalıdır - Papadan ÇAĞIRIŞ
DÜNYA
17:22 17.08.2025
174
Sülh danışıqlarında bütün xalqların ümumi rifahı həmişə əsas məsələ olmalıdır.

AZXEBER.COM xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ABŞ Prezidenti Donald Tramp, Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenskinin avqustun 18-də Vaşinqtonda gözlənilən görüşünə münasibət bildirərkən deyib.

Roma Papası müharibələri bitirmək və sülhü təşviq etmək səylərinin uğurlu olması üçün dua edib.

Papa Leo, həmçinin Pakistan, Hindistan və Nepalda yüzlərlə insanın həyatına son qoyan şiddətli daşqınların qurbanlarının ruhlarına dua oxuyub.
OXŞAR XƏBƏRLƏR