Sulutəpədə yol qəzasında hər iki sürücü xəsarət aldı

Sulutəpədə yol qəzasında hər iki sürücü xəsarət aldı
SOSİAL
23:36 21.08.2020
906
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un məlumatına görə, yol qəzası Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə ərazisində iki minik avtomobili toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüləri - 1983-cü il təvəllüdlü Manafov Taleh Xanoğlan oğlu və1972-ci il təvəllüdlü Məmmədov Elnur Ramiz oğlu xəsarət alıb.

Yaralılar təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar və onların hər ikisinə döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR