E.Əzizovun sözlərinə görə, söhbət sənədi olmayan və müasir şəhərin tələblərinə cavab verməyən obyektlərin başqa yerlərə köçürülməsindən gedir: “Bu, kütləvi xarakter daşımır və gərginlik yalnız qəzet səhifələrindədir”.
İcra başçısı indiyədək sökülən obyektlərin sayını dəqiqləşdirməsə də, bildirib ki, əsaslı tikililərə toxunulmur: “O ki qaldı köşklərə, qanunvericiliyə əsasən o, müvəqqəti xarakterli obyektdir, vaxtı keçib və onu başqa yerə köçürürük. Burda başqa bir iş yoxdur”.
Sökülən obyekt sahiblərinə kompensasiyanın verilib-verilməməsinə gəlincə, E.Əzizov deyib ki, köşklərin sökülməsinə görə kompensasiya verilmir: “Kompensasiya məsələsinə yalnız o vaxt baxılacaq ki, əsaslı obyekt sökülsün, amma əsaslı, sənədi olan obyektlərə biz dəymirik”.