Sumqayıt şəhər Kimyaçılar qəsəbəsi ərazisində qeyri-qanuni fəaliyyət göstərən dua evi müəyyən edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, dua evi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi və Sumqayıt ŞPİ 2-сi PB əməkdaşlarının iyunun iyunun 12-də birgə həyata keçirdikləri tədbirlər nəticəsində tapılıb. H.Z.Tağıyev qəsəbəsə sakini Pavel Byakovun rəhbərlik etdiyi qeyri-rəsmi fəaliyyət göstərən dua evindən 4 min 645 ədəd dini bukletlər, 9 min 229 ədəd dini ədəbiyyat, 152 ədəd dini dərslik və 2 min 470 ədəd dini məzmunlu dəvətnamələr aşkar edilərək götürülüb və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.