Sumqayıt hadisəsində ölənlərin sayı 4-ə çatdı

Sumqayıt hadisəsində ölənlərin sayı 4-ə çatdı
Bütün Xəbərlər
10:10 18.09.2012
1101
Sumqayıtda dünən baş verən dəhşətli partlayışda həlak olanların sayı 4-ə çatıb. Bu barədə həmin partlayışda yaxın qohumunu itirən, hazırda hadisə yerində olan zərərçəkən məlumat verib. O bildirib ki, artıq ölən iki nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan biri Sabir Babayev, digəri isə Piri Piriyevdir. Artıq dördüncü şəxsin kimliyi də araşdırılır.  Qeyd edək ki, dünən ilkin olaraq partlayışda həlak olan şəxsin Elman Səfərov olduğu açıqlanmışdı. Beləliklə, Sumqayıt şəhərində yerləşən "Məişət malları" Açıq Səhmdar Cəmiyyətinin ərazisində baş vermiş yanğında ölənlərin sayı 4-ə çatıb.
OXŞAR XƏBƏRLƏR