"Sumqayıt" Rumıniya və Özbəkistan klubları ilə üz-üzə gələcək

İDMAN
19:34 27.12.2023
266
"Sumqayıt"ın Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında yoxlama oyunları keçirəcəyi rəqiblərin adına aydınlıq gəlib.

"Gənclik şəhəri" təmsilçisindən "Report"a verilən məlumata görə, komanda yanvarın 12-də Rumıniyanın "Hermanştadt", 16-da isə Özbəkistanın "Soqdiana" klubları ilə qarşılaşacaq.

Qeyd edək ki, "Sumqayıt"ın hazırlıq prosesi yanvarın 6-17-si aralığında gerçəkləşəcək.

OXŞAR XƏBƏRLƏR