Ceyranbatan Qurğular Kompleksindən Sumqayıt şəhərinə çəkilmiş magistral boru xətti partlayıb
Şaxtalı hava səbəbindən Ceyranbatan Qurğular Kompleksindən Sumqayıt şəhərinə çəkilmiş 1200 mm-lik magistral boru xəttində qəza baş verib. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hazırda magistral kəmərdə təmir işləri aparılır və işlərin günün sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bununla əlaqədar fevralın 10-da gün ərzində Sumqayıt şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.