Sumqayıtda 25 yaşlı oğlan küçənin ortasında öldürüldü

Sumqayıtda 25 yaşlı oğlan küçənin ortasında öldürüldü
Bütün Xəbərlər
22:07 28.09.2011
1361

Azərbaycanın Sumqayıt şəhərində daha bir dəhşətli qətl törədilib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib. Hadisə bu gün Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Saleh Yusifov küçənin ortasında naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hazırda polis hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. Qeyd edək ki, bu son bir həftə ərzində Sumqayıtda törədilən ikinci ağır qətl hadisəsidir. Belə ki, bir neçə gün əvvəl Sumqayıt şəhəri 18-ci məhəllə, 36 saylı binada yaşayan, Bakıda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindən birinin sahibi, 45 yaşlı İlyas Vahabov evinin qarşısında qətlə yetirilib. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik müəyyənləşməyib.

OXŞAR XƏBƏRLƏR