Sumqayıtda 3 azyaşlı uşaq qidadan zəhərlənib.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 4-də Sumqayıt şəhər sakini 5 yaşlı Leyla Mürsəlova, qardaşları 4 yaşlı Əbülfəz və 2 yaşlı Zülfüqar qidadan (qarğıdalı çubuqları və marmeladdan) zəhərlənmə ilə xəstəxanaya gətirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxşdir.