Sumqayıtda 38 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 38 yaşlı kişinin meyiti tapıldı
SOSİAL
12:14 20.02.2019
3644
Sumqayıt şəhərində 38 yaşlı kişi narkotik maddəinin təsirindən ölüb.

AZXEER.COM report-a istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda baş verib.

Belə ki, şəhərin 13-cü mikrorayonunda "qarajlar" deyilən ərazidə orta yaşlı kişinin meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindəın baxış keçirilib. 

Meyit muayinə olunması üçün Səhiyyə Nazirliynin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Məlum olub ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Hüseynov Aslan Qəzənfər oğlu narkotik maddənin təsirindən ölüb. 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR