Sumqayıtda 4 yaşlı uşağın faciəvi ölümü

Sumqayıtda 4 yaşlı uşağın faciəvi ölümü
Bütün Xəbərlər
15:42 20.02.2014
841
Azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Fevralın 19-da Sumqayıt şəhərində faciəvi hadisə baş verib.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, Şəhər Polis İdarəsindən verilən məlumata görə, Sumqayıt şəhər sakini 4 yaşlı Yusif Əlizadənin boğazında şüşə kürəcik qalıb. Xəstəxanaya aparılan azyaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, azyaşlı oğlan valideynləri ilə birgə Sumqayıt şəhərindəki bazar-yarmarkaya alış-verişə gedib. Burada əlinə keçən şüşə kürəciklə oynayan uşaq onu ağzına salıb. Şüşə kürəcik uşağın boğazına gedib və onun boğulmasına səbəb olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR