Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, hadisə Corat bağları ərazisində qeydə alınıb.
İddiaya görə, hadisə ailə münaqişə zəminində baş verib və 67 yaşlı kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, əməli törətməkdə şübhəli bilinən 61 yaşlı qadın polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi təmin edilib.











































