Sumqayıtda ağır cinayətlər törədən “Əmioğlu” ləqəbli şəxs tutuldu - FOTO

KRİMİNAL
12:25 27.02.2020
7137
Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində bir neçə ağır cinayət törədərək istintaqdan yayınan və barəsində axtarış elan edilən şəxs saxlanılıb.

Həyata keçirilən uğurlu əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 145.2, 226.1 (köhnə redaksiyada), 221.3, 228, 229.1, 120.1 234.1 və 182.2.4-cü maddələri ilə dəfələrlə məhkum olunmuş "Əmioğlu” ləqəbli Eldar Cabbarov tutulub. 

Saxlanılan zaman onun üzərindən narkotik vasitələr olan 10,480 qram heroin və 3,478 qram tiryək aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, istintaq zamanı həmçinin müəyyən edilib ki, Eldar Cabbarov 2019-cu ilin sentyabrında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində tanışı Eldəniz Səmədovun "Mercedes” markalı avtomobilini və həmin nəqliyyat vasitəsinin yük yerində olan 4350 manat nağd pulu hədə-qorxu ilə tələb edərək ondan alıb. 

Sumqayıt ŞPİ-də Eldar Cabbarovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun fevralın 22-dən Sumqayıt şəhəri ərazisindən idarə etdiyi "Mercedes” markalı avtomobillə birgə itkin düşmüş Zaur Mircəfərovu odlu silahla qətlə yetirdiyi də müəyyən edilib.

Eldar Cabbarov həmin şəxsi qətlə yetirəndən sonra izi itirmək məqsədi ilə meyiti Abşeron rayonu Masazır qəsəbəsində tikilməkdə olan evlərin birinin zirzəmisində basdırıb. Sumqayıt ŞPİ əməkdaşları tərəfindən meyitin yeri müəyyən edilərək ekshumasiya edilib. Eldar Cabbarov qətli törədən zaman istifadə etdiyi "Makarov” markalı odlu silahı patronları ilə birgə polis əməkdaşlarına təhvil verib.

Qeyd edilən faktlarla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Eldar Cabbarov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Saxlanılan şəxsin ətrafının və onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in "102” Zəng Mərkəzinə və ya Sumqayıt ŞPİ-nə müraciət edə bilərlər.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:08 01.06.2020

Asəf Zeynallının məzarı ot içində, baxımsız vəziyyətdədir - FOTO

22:49 01.06.2020

İlham Əliyev: "ÜST vasitəsilə yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik"

22:41 01.06.2020

İnfeksionist: "Koronavirusa yoluxma iyunun ortalarında pik həddə çatacaq"

22:38 01.06.2020

Dövlət başçısı: "Düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik"

22:18 01.06.2020

Bakıda yeni açılan "Dəniz Mall"un içərisindən görüntülər - FOTO

21:33 01.06.2020

Türkiyədə COVID-19 qurbanlarının sayı 4 500-ü ötdü

21:24 01.06.2020

Azərbaycan Premyer Liqasında 5 əvəzetməyə icazə verildi

21:00 01.06.2020

Azərbaycan Premyer Liqasında komanda sayı artırılmayacaq

20:18 01.06.2020

On yaşlı Nərmin Quliyevanın ölümündə ittiham olunan tərəfin vəkilləri: “İlkin Süleymanov günahkar deyil”

19:59 01.06.2020

Xüsusi karantin rejimi qaydalarının pozulması halları artıb

19:34 01.06.2020

Bakı metrosunda sıxlıq yaşanıb - VİDEO

19:29 01.06.2020

Azərbaycan manatının dövretmə sürəti azalıb

19:23 01.06.2020

“Ölkəmizin gələcəyi onların əlindədir”

19:09 01.06.2020

Bakıda oğlan bulvarda şəkil çəkmək istədi, dənizə düşdü - VİDEO

18:59 01.06.2020

Balaca uşağın Putinlə söhbətə qoşulması hər kəsdə gülüş yaratdı - VİDEO

18:45 01.06.2020

Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı - RƏSMİ