Sumqayıtda ağır yol qəzası: 2 ölü, 8 yaralı

Sumqayıtda ağır yol qəzası: 2 ölü, 8 yaralı
Bütün Xəbərlər
17:32 02.09.2013
1415

Sumqayıtda ağır yol qəzası baş verib.

AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 1-də saat 15.00 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin ərazisində qeydə alınıb. 

Soltan Xəlfəliyevin idarə etdiyi “VAZ-2104” və Bakı şəhər sakini Əlixan İbrahimovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub. Nəticədə S.Xəlfəliyevin sərnişinləri - oğlu Nihat və atası Məhəbbət hadisə yerində ölüb, xəsarət alan sürücü və digər sərnişinləri - anası Şölə, qızı Əsmər, arvadı Zərinə, habelə İ.Əlixanov və sərnişinləri - Xırdalan şəhər sakinləri Aynur Muradova, Mirzə Muradov və Şərqiyyə Səfərova xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR