Sumqayıtda avtobus qəzaya uğradı: Xəsarət alanlar var

Sumqayıtda avtobus qəzaya uğradı: Xəsarət alanlar var
HADİSƏ
10:00 06.09.2025
321
Sumqayıt şəhərində sərnişin avtobusu qəzaya uğrayıb.

AZXEBER.COM xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolda hərəkətdə olan "Mercedes" markalı yük avtomobilinin təkəri qəfil partlayıb. Nəticədə yük avtomobili idarəetmədən çıxaraq qarşıda hərəkətdə olan sərnişin avtobusuna çırpılıb.

Hadisə nəticəsində avtobusda olan 2 sərnişin Sumqayıt Tibb Mərkəzinə çatdırılıb.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, qəza ilə əlaqədar 2 sərnişin xəstəxanaya müraciət edib. Onlara ilkin tibbi yardım göstəriləndən sonra ambulator müalicə məqsədi ilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR