Sumqayıtda avtomobil 38 yaşlı qadını vuraraq öldürüb
HADİSƏ
08:52 11.02.2026
271
Bakı-Quba avtomobil yolunun Sumqayıt ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AZXEBER.COM Report+a istinadən xəbər verir ki, "Volkswagen" markalı avtomobil yolu keçən 38 yaşlı Xədicə Kərimovanı vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb. Qeyd edək ki, hadisə zamanı minik avtomobili aşıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.