Sumqayıtda bina yandı - Sakinlər təxliyə olundu

Sumqayıtda bina yandı - Sakinlər təxliyə olundu
Bütün Xəbərlər
11:22 21.11.2014
729

Sumqayıt şəhərində üçmərtəbəli yaşayış binasının zirzəmisində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan, 2 otaqlı mənzilin mətbəxində 1 ədəd soyuducu və mətbəx əşyaları 5 kv.m sahədə yanıb.

AZXEBER.COM-un FHN-in rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı yuxarı mənzillərdən 16 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR