Sumqayıtda çay evində yanğın olub

Sumqayıtda çay evində yanğın olub
HADİSƏ
08:57 09.10.2025
248
Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə şəhərin 1-ci məhəlləsində yerləşən, 2000-ci il təvəllüdlü Cəbiyev Abdulla Valid oğluna məxsus çay evində qeydə alınıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb. Hadisənin səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR