Sumqayıtda dəhşətli partlayış – 1 ölü, 2 yaralı

Sumqayıtda dəhşətli partlayış – 1 ölü, 2 yaralı
Bütün Xəbərlər
15:41 14.01.2015
1178
Sumqayıtda yaşayış evində dəhşətli partlayış olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, vətandaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 7 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
Partlayışın zərbəsindən divarlarda çatlar əmələ gəlmiş və ev deformasiyaya uğrayıb.
Yanğın zamanı ev sahibinin qızı 1987-ci il təvəllüdlü Bağırova Ülviyyə Teymur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
İki nəfər isə müxtəlif növ termiki yanıq xəsarətləri alıb. Yanğın saat 12:57-də söndürülüb.
OXŞAR XƏBƏRLƏR