Sumqayıtda dəhşətli partlayış: 6 nəfər öldü - FOTO

Sumqayıtda dəhşətli partlayış: 6 nəfər öldü - FOTO
Bütün Xəbərlər
18:22 17.09.2012
2623
Sumqayıtda güclü partlayış olub. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib. Hadisə bu gün Sumqayıtda fəaliyyət göstərən zavodlardan birində qeydə alınıb. Yanacaq çənində baş verən yanğın partlayışa səbəb olub. Nəticədə bir neçə nəfər xəsarət alıb. Hazırda yanğınsöndürənlər hadisə yerində yanğının qarşısının alınması istiqamətində tədbirlər görür. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya bildirilib ki, baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb. Ölənlərin sayının artacağı istisna edilmir.
OXŞAR XƏBƏRLƏR