Sumqayıtda idmançını atası ilə birgə bıçaqlayan şəxs: Başıma sillə ilə vurdu

Sumqayıtda idmançını atası ilə birgə bıçaqlayan şəxs: Başıma sillə ilə vurdu
KRİMİNAL
19:46 11.12.2018
8968
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda idmançının ölümünə səbəb olan Əhəd İsmayılov və onun oğlu Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Ə.İsmayılov özünü təqsirli bilmədiyini, oğlu R.İsmayılov isə qismən təqsirli bildiyini söyləyib.

Daha sonra R.İsmayılov sərbəst ifadə verib. O deyib ki, hadisədən əvvəl "PES" klubda mərhum Rasif Həbibovla mübahisə edib: "Mən uşaqlarla klubda "playstation" oynayırdım. Telefonum isə "zaryatka"da idi. Bu zaman Rasif kluba daxil olub, mənim telefonumun "adaptır"ını çıxarıb, öz telefonunu "zaryatka"ya qoydu. Ondan səbəbini soruşanda başıma sillə ilə vurub, yaxşı etdiyini söylədi. Sonra Rasif məni söyüb, döydü. Bizi oradakı uşaqlar ayırdı, ağlayıb evə getdim. Atam evdə yatmışdı. Onu yuxudan oyadıb, Rasifin məni təhqir edib, döydüyünü bildirdim. Atama deməyimin səbəbi isə bizi barışdırmaq idi. Çünkü Rasiflə atamın və qardaşımın münasibətləri daha əvvəl yaxşı olub. Sonra atamla birlikdə Rasiflə görüşməyə getdik".

Təqsirləndirilən şəxsin sözlərinə görə, "Yaşıl çay evi"ndə dostları ilə birgə olan R.Həbibova avtomobilə minməsini təklif ediblər: "Rasifin yanında bir neçə çəxs var idi. Atam Rasifə dedi ki, maşına minsin, onunla söhbət edəcək. Bu zaman onun dostu Samir də avtomobilə mindi. Samiri aravuran adam kimi tanıyırdım. Onun maşına minməsini istəmirdim. Lakin Samir zorla maşına mindi. Yolda atam Rasifdən məni nəyə görə döydüyünü soruşdu. Bu zaman Samir dilləndi ki, "Ramil uşaqlıq edib". Hər dəfə atam Rasifə sual verdikcə Samir özünü ortaya atırdı. Sonra avtomobili kənara çəkib, yerə düşdük. Yerə düşən kimi Samir məni yumruqla vurdu, Rasif isə atamı döyməyə başladı. Mən həmin zaman şokda idim. Yerdən qalxıb, tez maşından bıçağı götürdüm. Fikrim onları qorxutmaq idi. Bıçağı onlar tərəfə uzatdım, sonra hər iki şəxs bizdən uzaqlaşdı. Biz də maşına minib evə gəldik".

R.İsmayılov bildirib ki, bıçağı hadisədən sonra dənizə atıb.

Sualları cavablandıran təqsirləndirilən şəxs peşman olduğunu söyləyib.

Qeyd edək ki, hadisə ötən il Sumqayıt şəhərin 21-ci məhəlləsində baş verib. Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər - 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Lakin 4 gündən sonra R.Həbibov xəstəxanada dünyasını dəyişib.

Hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata-oğul Ramil və Əhəd İsmayılovlar saxlanılıb.

Hadisədə iştirak edən şəxslər qonşu olublar. Hadisə söyüş üstündə olub.

Faktla bağlı Sumqayıt Prokurorluğundan Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Onu da qeyd edək ki, R.Həbibov idmançı olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir