Sumqayıt şəhərində internat məktəbinin yataqxanasında yanğın başlayıb.
AZXEBER.COM xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, yataqxananın birinci mərtəbəsində güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yataqxanada məskunlaşan şəxsləri təxliyyə edib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.