Sumqayıtda intihar cəhdinin qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində (“Sumqayıt” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb. Həmin şəxs sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.
//apa.az