Premyer Liqanın IV turundan təxirə salınmış “Sumqayıt Şəhər” - “İnter” oyununda sumqayıtlı azarkeşlər hakimlərin fəaliyyətindən narazı qalıblar. Apasport.az saytının məlumatına görə, azarkeşlər bu səbəbdən matçı seyr edən AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov əleyhinə şüarlar səsləndirib, onu istefaya çağırıblar. Qeyd edək ki, “Sumqayıt Şəhər” – “İnter” matçı 0:2 hesabı ilə nəticələnib.