Sumqayıtda kişinin əcəli küçənin ortasında gəldi - FOTO

Sumqayıtda kişinin əcəli küçənin ortasında gəldi - FOTO
Bütün Xəbərlər
16:36 01.10.2014
1075
Dünyasını dəyişən kişinin yanında bir qız uşağı da olub.
Bu gün Sumqayıtın "Kolxoz" bazarında ölüm hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, FaktXəbər-in məlumatına görə, təxminən 65-70 yaşlı kişinin qəfildən ürəyi sıxılmağa başlayıb. Ətrafdakıların köməyi ilə stulda əyləşdirilən kişi təcili yardım gələnə kimi artıq dünyasını dəyişib.
Şahidlərin bildirdiyinə görə, dünyasını dəyişən kişinin yanında bir qız uşağı da olub. Ondan nəyi olduğunu soruşublar. "Nəvəsi", - deyə cavab verib. Həmin qız uşağı kişinin cibindən telefon və pulunu götürərək, kənarda kiminsə gəlməyini gözləyirmiş.
OXŞAR XƏBƏRLƏR