Sumqayıtda kütləvi bıçaqlanma - ölən və yaralı var

Sumqayıtda kütləvi bıçaqlanma - ölən və yaralı var
SOSİAL
22:15 06.06.2020
1687
Sumqayıt şəhərində gənclər arasında düşən mübahisə bıçaqlanma ilə yekunlaşıb.

AZXEBER.COM-un "Report”a istinadən verdiyi məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayon ərazisində qeydə alınıb.

Gənclər arasında düşən mübahisə zamanı Namiq adlı şəxs ürəyindən bıçaqlanaraq öldürülüb. Digər bıçaq yarası alan Zöhrab Qasımov isə reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır, digər şəxslərin kimliyi müəyyənləşdirilir.
OXŞAR XƏBƏRLƏR