Sumqayıt şəhər sakini Elçin Səfərov odlu silah satarkən tutulub.AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Baş Mütəşəkkiil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Səfərov 1 ədəd "Kalaşnikov" tipli əl pulemyotunu, 10 ədəd patronu və 1 ədəd patron darağını 1200 manata satarkən tutulub.