Son günlər sosial şəbəkəlrdə Sumqayıtda azyaşlıların oğurlanaraq daxili orqanlarının çıxarılması barədə məlumatlar yayılıb.
Məlumatda bildirilib ki, son günlər Sumqayıt şəhərində azyaşlı uşaqlara qarşı ağla sığmaz cinayətlər törədilməsi barədə məlumatlar dolaşır: “Belə ki, dünən şəhər ərazisində zibil qutusundan daxili orqanları çıxarılmış uşaq meyiti tapılıb. Bundan başqa, daha bir 8 yaşlı uşağın daxili orqanlarını çıxararaq meyitinin ailəsinə verildiyi bildirilir. 6 yaşlı başqa bir uşağın meyiti isə daxili orqanları çıxarılmış vəziyyətdə dəniz kənarında tapılıb”.
Məlumatda həmçinin qeyd olunub ki, Sumqayıtdakı orta məktəblərdə şagirdlərə təhsil müəssisələrinə təkbaşına gəlməmələri ilə bağlı xəbərdarlıq edilib. Bu xəbərlər uşaqların kütləvi şəkildə oğurlanaraq onların orqanlarının çıxarılması ilə bağlıdı. Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov APA-ya açıqlamasında bu məlumatların yalan olduğunu deyib: “Bu barədə sizdən eşidirəm. Belə bir şey ola bilməz. Biz heç bir məktəbdə belə xəbərdarlıq yaymamışıq”. Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini Azər Cahangirov isə APA-nın sorğusuna cavabında yayılan məlumatların şayiə xarakterli olduğunu bildirib: “Bu məlumatlar şayiədən başqa bir şey deyil və yalandır. Əgər belə bir hadisə olsaydı, polisdə bu barədə mütləq məlumat olmalı idi. Bizdə bu barədə heç bir məlumat yoxdursa, deməli yalan və əsassız informasiyalardır. Sizə tam məsuliyyətlə deyiləm ki, son günlər Sumqayıt şəhəri ərazisindən uşaq cəsədi tapılması, uşaqların qətlə yetirilməsi ilə bağlı hər hansı fakt qeydə alınmayıb”.AZXEBER.COM-un daxil olan məlumata görə, artıq Sumqayıtda dayanacaqlara itkin düşən uşaqların şəkillərini vurublar. Məlumata görə, Sumqayıtda 9 uşaq itkin düşüb. Onlardan 2-si 5 nömrəli məktəbdə təhsil alırmış. Sakinlərin dediyinə görə, Sumqayıtda Esya bazarı adlanan yerdə uşaq cəsədi tapılıb. Məsələyə yenidən qayıdacağıq.