Sumqayıt şəhər sakininin mənzilində təbii qazın sızmasından partlayış baş verib
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, aprelin 20-də saat 07 radələrində Sumqayıt şəhər sakini Qalib Hümbətovun mənzilində təbii qazın sızmasından partlayış baş verib.
Nəticədə mənzilin pəncərə şüşələri sınıb, xəsarət almış Q.Hümbətov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.