Sumqayıtda emalatxanada partlayış olub.
AZXEBER.COM xəbər verir ki, hadisə "İnşaatçılar" yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb.
Sobanın partlaması nəticəsində partlayış baş verib. Partlayış nəticəsində 1997-ci il təvəllüdlü Ağasəlim Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.