Sumqayıtda peşə məktəbinin yerində yaşayış binası tikilir? – Rəsmi cavab

Sumqayıtda peşə məktəbinin yerində yaşayış binası tikilir? – Rəsmi cavab
SOSİAL
18:48 30.09.2026
95
Sumqayıt şəhərində yerləşən 35 nömrəli peşə məktəbinin sökülərək ərazisində yaşayış binasının inşa ediləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə AZXEBER.COM-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, sözügedən ərazidə mövcud peşə təhsili infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən yeni peşə təhsili müəssisəsinin inşası planlaşdırılır.

Agentlik media resurslarından məlumatları hazırlayarkən rəsmi mənbələrə istinad etmələrini xahiş edib.
OXŞAR XƏBƏRLƏR