Sumqayıtda qardaş bacısını qətlə yetirdi

Sumqayıtda qardaş bacısını qətlə yetirdi
SOSİAL
10:16 12.10.2016
1086
Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
 
Sumqayıt şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə oktyabrın 11-də səhər saat 07 radələrində şəhərin Saray bağları yaşayış massivində qeydə alınıb. Həmin massivdə yaşayan 1992-ci il təvəllüdlü Pərviz Şahbazov qısqanclıq zəminində bacısı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanıb. P.Şahbazovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
///Trend.az
OXŞAR XƏBƏRLƏR