Sumqayıtda qəzada ölən hakimin anası bir milyon manat təzminat istəyib

Sumqayıtda qəzada ölən hakimin anası bir milyon manat təzminat istəyib
SOSİAL
22:54 25.07.2026
1671
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın həlak olduğu avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM "Unikal"a istinadla xəbər verir ki, hadisə ilə bağlı təqsirləndirilən Nuran Abdurahmanov 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə prosesində Aynur Rzayevanın anası 1983-cü il təvəllüdlü N.Abdurahmanovu bağışlamayıb. O bildirib ki, qızı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi olub və ağır kateqoriyalı cinayət işlərinə baxıb. Hüquqi varisin iddiasına görə, bu hadisənin onun baxdığı cinayət işləri ilə əlaqəli ola bilmə ehtimalı araşdırılmayıb.

Bundan başqa, Aynur Rzayevanın hüquqi varisi təqsirləndirilən şəxsdən bir milyon manat təzminat istəyib. Bunun 30 000 manatı qəza zamanı yararsız vəziyyətə düşmüş "Nissan Sunny" markalı avtomobilə görə, 700 000 manatı Aynur Rzayevanın 2016-cı il və 2018-ci il təvəllüdlü övladlarının 18 yaşına çatanədək layiqli həyat səviyyələrinin təmin edilməsi üçün, 270 000 manatı isə ona vurulmuş mənəvi zərərin əvəzi olaraq tələb edilib.

Məhkəmə hesab edib ki, 700 000 manat məbləğində maddi ziyanın tutulması ilə bağlı iddia təmin edilə bilməz.

Belə ki, Mülki Məcəllənin ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tənzimləyən normalarına əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ ailə başçısının ölümü nəticəsində təminat mənbəyini itirmiş şəxslərə məxsusdur.

Yəni, belə hallarda hüququn subyekti mərhumun himayəsində olmuş və qanunla təminat almaq hüququna malik şəxslərdir.

Azyaşlı uşaqlar həmin hüququn daşıyıcıları olsalar da, bu hüquqlarını müstəqil həyata keçirə bilmədiklərindən onların hüquq və qanunla qorunan mənafeləri qanuni nümayəndələri tərəfindən müdafiə edilir.

Bununla yanaşı, məhkəmə hesab edib ki, iddiada tələb olunan 270 000 manat məbləğində mənəvi zərər mülki cavabdehin maddi imkanları ilə obyektiv surətdə uzlaşmır.

Məhkəmə təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün hallarını, o cümlədən cavabdehin maddi durumunu, adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyətini nəzərə alaraq o qənatə gəlib ki, mülki iddia bu hissədə qismən təmin edilməli və vurulmuş mənəvi zərərə görə 20 000 manat məbləğində pul təqsirləndirilən şəxsdən tutularaq mülki iddiaçıya ödənilməlidir.

Qəzada yararsız vəziyyətə düşmüş "Nissan Sunny" markalı avtomobilə görə isə təqsirləndirilən şəxsdən 1 701 manatın tutulmasına qərar verilib. Ümumilikdə qəzaya səbəb olan Abdurahmanov qarşı tərəfə 21 701 manat ödəməli olacaq.

Qeyd edək ki, ötən ilin dekabrında Sumqayıt-Pirşağı avtomobil yolunda baş verən qəza zamanı Abdurahmanovun idarə etdiyi "Samand Soren" markalı avtomobil içərisində sərnişin kimi əyləşmiş hakim Aynur Rzayevanın olduğu "Nissan Sunny" ilə toqquşub.

Hadisə nəticəsində Aynur Rzayevanın sürücüsü ağır yaralanıb, hakim isə həyatını itirib.

Onu da bildirək ki, Aynur Rzayevanın sürücüsü də təqsirləndirilən şəxsdən şikayətçi olub. Təqsirləndirilən şəxs isə əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istədiyini, himayəsində iki övladının olmasını, valideynlərini itirmiş bir uşağı da himayəyə götürdüyünü, eyni zamanda yaşlı ata və anasına da özünün baxdığını bildirib və qeyd olunan halların nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Xatırladaq ki, Aynur Rzayeva şəhid övladı olub. Onun atası Tapdıq Köçəri oğlu Rzayev Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Kərkicahanda şəhidlik zirvəsinə ucalıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
22:53 11.09.2026
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH